Müasir iqtisadi tələblərdən biri olan qeyri-neft sahəsinin inkişaf etdirilməsi hazırda diqqət mərkəzindədir. Bu, münbit torpaq ehtiyatları ilə zəngin olan Azərbaycanın kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyətə malikdir. Respublikamızın iqtisadi inkişafı, bu sahədə böyük layihələrin həyata keçirilməsi, strateji sahə olan kənd təsərrüfatına da yeni texnologiyaların tətbiqinə zərurət yaratmışdır. Son zamanlar geniş tətbiq olunan intensiv bağçılıq müasir, qənaətçil və səmərəli üsul olmaqla yanaşı, bu sahədə xüsusi avadanlıqların istifadəsini tələb edir. Lakin həmin avadanlıqlar Azerbaycanda istehsal olunmadığından fermerler onları xaricdən almaq məcburiyyətində qalırlar. Bunu nəzərə alan METAK şirkəti öz peşəkar mühəndislik və qəlibçilik ənənələrinə güvənərək xüsusi kənd təsərrüfatı avadanlıqlarının yerli istehsalına başlamışdır.

Meyvələrimiz
Yetişdirdiyimiz meyvələrın siyahına baxmaq

Avadanlıq
Təklif etdiyimiz avadanlıqların siyahına baxmaq

Xidmətlər
Təklif etdiyimiz xidmətlərin siyahına baxmaq