İntensiv bağçılıq sistemi

Ekoloji təmiz məhsul

Müasir avadanlıqlar

Qabaqcıl texnoloqiyalar

Haqqımızda

LANGU aqrar-sənaye kompleksi 15 ildir ki, fəaliyyət göstərir və müxtəlif meyvələrin yetişdirilməsi və satışı ilə məşğul olur. İlk meyvə ağacları LANGU bağında 2006-cı ildə əkilmişdir. Bu gün 200 hektarlıq intensiv bağ sahəsində yerli və Avropa ölkələrindən gətirilmiş şitillər artıq zəngin bar verir. Hal-hazırda təsərrüfat genişlənir, yaxınlıqda yerləşən 100 hektar əlavə ərazidə yeni bağın salınması üzrə işlər aparılır. Bağ ərazisində yerləşən bir neçə süni suvarma gölü də LANGU kompleksinə məxsusdur. Şirin meyvələrimiz süfrənizin yaraşığı olacaq!

15

il təcrübə

200

hektar intensiv bağ sahəsi

27

çeşid meyvələr

5000

ton tutumlu soyuducu anbar

Müasir iqtisadi tələblərdən biri olan qeyri-neft sahəsinin inkişaf etdirilməsi hazırda diqqət mərkəzindədir. Bu, münbit torpaq ehtiyatları ilə zəngin olan Azərbaycanın kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyətə malikdir. Respublikamızın iqtisadi inkişafı, bu sahədə böyük layihələrin həyata keçirilməsi, strateji sahə olan kənd təsərrüfatına da yeni texnologiyaların tətbiqinə zərurət yaratmışdır. Son zamanlar geniş tətbiq olunan intensiv bağçılıq müasir, qənaətçil və səmərəli üsul olmaqla yanaşı, bu sahədə xüsusi avadanlıqların istifadəsini tələb edir. Lakin həmin avadanlıqlar Azerbaycanda istehsal olunmadığından fermerlər onları xaricdən almaq məcburiyyətində qalırlar. Bunu nəzərə alan METAK şirkəti öz peşəkar mühəndislik və qəlibçilik ənənələrinə güvənərək xüsusi kənd təsərrüfatı avadanlıqlarının yerli istehsalına başlamışdır.

Məhsullarımız

LANGU aqrar-sənaye kompleksin bağlarında müxtəlif meyvə sortları yetişdirilir. Bunların sırasında əsasən alma, armud, şaftalı, nektarin, gilas və digər meyvələrin adlarını çəkmək olar. İntensiv bağlarımızda meyvələr təhlükəli kimyəvi dərmanlardan istifadə olunmadan yetişdirilir və artıq 15 ildir ki, öz unudulmaz dadı və təravəti ilə alıcıları sevindirir.

Əlaqə

Langu aqrar-sənaye kompleksinin ofisi və bağları Qusar şəhəri, Yeni Həyat kəndinin yaxınlığında yerləşir.

Ünvan

Azərbaycan, Qusar, Langu kəndi

Email

office@metak.az

Əlaqə nömrəsi

+994 (12) 310-00-28